Hazırkı Amerika lideri Co Bayden ABŞ prezidentliyini tərk etməzdən əvvəl üçüncü dünya müharibəsinə başlaya bilər.
Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, bunu Nyu-Cersi Ali Məhkəməsinin keçmiş hakimi Endryu Napolitano X sosial şəbəkəsində bildirib.
“Bayden Ağ Evi tərk etməzdən iki ay əvvəl III Dünya Müharibəsini başlaya bilər!” – o vurğulayıb.
Napolitano əlavə edib ki, ATACMS raketləri ilə Rusiyanın dərinliklərinə edilən hücumlar Moskva üçün “qırmızı xətt”dir və NATO-nun Ukraynadakı münaqişədə birbaşa iştirakı deməkdir.