AZ

ABŞ-ın Rusiyaya dərindən zərbə endirmək icazəsi çətin ki, Ukrayna münaqişəsini dəyişsin — ÖZƏL

ABŞ prezidenti Co Baydenin Amerika ATACMS raketlərinin Rusiya ərazisinin dərinliklərinə buraxılmasına icazə vermək qərarı çətin ki, Ukrayna münaqişəsində dönüş nöqtəsinə çevrilsin.

Olaylar.az xəbər verir ki, bu barədə NHK radiosu ABŞ Konqresindəki adı açıqlanmayan mənbəyə istinadən xəbər verir.

Onun sözlərinə görə, Baydenin qərarı döyüş meydanındakı vəziyyətə ciddi təsir etməyəcək. ABŞ-da yerləşən NPR telekanalı qeyd edir ki, Ukraynada bu cür raketlərin ehtiyatı məhduddur, çünki onlar artıq münaqişə zamanı istifadə olunub.

"The New York Times" yazıb ki, ABŞ prezidenti Co Bayden Rusiya daxilində zərbələr endirmək üçün Ordu Taktik Raket Sistemləri və ya ATACMS kimi tanınan ABŞ tərəfindən təchiz edilmiş uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
44
olaylar.az

10Mənbələr