AZ

Le Figaro Fransa və Britaniya ilə bağlı bu xəbəri silib

Fransanın Le Figaro qəzeti məqaləsindən Fransa və Böyük Britaniyanın ABŞ-ın ardınca Ukraynaya Rusiya ərazisinə uzaq mənzilli SCALP və "Storm Shadow" raketləri ilə zərbə endirməsinə icazə verdiyi barədə məlumatı çıxarıb...

Poliqon xəbər verir ki, Britaniya və Fransa rəsmiləri bu xəbəri şərh etməyiblər.

Söhbət Le Figaro-nun noyabrın 17-də axşam saatlarında dərc olunmuş məqaləsindən gedir. Burada digər KİV-lərə istinadən ABŞ prezidenti Co Baydenin Ukraynaya Kursk bölgəsinə uzaq mənzilli ATACMS ilə zərbələr endirməsinə icazə verdiyi bildirilirdi. Daha ətraflı məlumat vermədən, Fransa və Böyük Britaniyanın "Ukraynaya SCALP və "Storm Shadow" raketlərindən istifadə edərək Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazə verdiyi" bildirilib. Noyabrın 18-i səhərə qədər materialdan bu çıxarış silinib.

Noyabr ayında media Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmerin sonuncu dəfə Co Baydeni Ukraynanın Rusiya Federasiyasının dərinliklərinə hücumlar üçün uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa inandırmaq niyyətində olduqlarını bildirib. Bu məsələ ilə bağlı müzakirələr bir neçə ay davam edib.

London və Paris Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının dərinliklərinə uzaqmənzilli raketlərlə zərbələr endirməsini müdafiə edirdilər, lakin eskalasiya riskləri səbəbindən Vaşinqton bu mövqeyi bölüşmədi. Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, qadağanın götürülməsi NATO ölkələrinin birbaşa hərbi münaqişəyə cəlb olunması demək olacaq.

Poliqon.info

Seçilən
12
39
poliqon.info

10Mənbələr