AZ

Bakıda 650 min manata 75 yaşlı BMW  satılır-FOTO

Bakıda 650 min manata BMW  satılır.

Azpost.info bildirir ki, BMW 340 1950-ci ildə istehsal olunub.

1 000 km gedişi olub.

Bu avtomobil Almaniyanın Eyzenax şəhərində  yerləşən BMW avtomobil zavodunda istehsal olunub.

1945-ci idə İkinci Dünya Müharibəsi bitdikdən sonra Türingiya Eyzenax şəhəri və BMW avtomobil zavodu ilə birlikdə Almaniyanın Sovet işğalı zonasına düşüb. 1945-ci ildə burada BMW 321 avtomobillərinin istehsalı bərpa edilir. 1947-ci ildə bu zavod Sovet-Alman Səhmdar Cəmiyyəti kimi yaradılan “Avtovelo”nun bir hissəsi olur.

Minik avtomobilinin yeni modelinin yaradılması üzərində iş başlanır. Gələcək avtomobil üzərində işləyərkən zavodun müharibədən əvvəlki inkişafı, xüsusən 1939/40-cı illərdə yaradılmış 326 modeli və 332 prototipi nəzərə alınmışdı.

1948-ci ilə hazır olan yeni avtomobil müharibədən əvvəlki sələflərinə nisbətən daha ahəngdar və müasir idi.

Avtomobil BMW 340 adını alır və 1949-cu ildən istehsalı  başlanır. Bununla belə, zavodun BMW ticarət nişanının qanunsuz istifadəsi ilə bağlı problemləri yaranır. Çünki şirkətin administrasiyası Bavariyada, Amerikanın işğal zonasında idi. Eyzenax şəhərindəki zavod isə artıq 1949-cu ilin may ayından yeni yaradılmış Almaniya Federativ Respublikasında qalan BMW şirkətinə aid deyildi. Bu məsələ ilə bağlı bir sıra beynəlxalq məhkəmə çəkişmələri baş verib. Nəticədə zavod öz məhsullarında BMW markasından imtina edir. Tələsik, öz markası EMW icad olunur – Eisenacher Motorenwerk (Eisenachdakı Motor Fabriki).

BMW/EMW 340 avtomobilləri Almaniyanın təzminat ödənişləri üçün SSRİ-yə tədarük edilirdi. EMW 340 avtomobillərinin istehsalı 1955-ci ildə- yeni Wartburg avtomobillərinin istehsalı üçün zavodun hazırlanması ilə əlaqədar dayandırılıb.

Bu modelin bir sıra avtomobilləri keçmiş SSRİ-nin geniş ərazilərində qorunub saxlanılıb. Onların əksəriyyəti istismar zamanı orijinal görünüşünü və orijinal hissələrini itirib. Onlar sərgilərdə və köhnə avtomobil yarışlarında fərdi qonaq olurlar.

Bu avtomobillər filmə də çəkilib. “Siklon gecə başlayır” adlı sovet bədii filmində baş qəhrəman, sovet kəşfiyyatçısı Libel 1944-cü ilin modeli olan bu avtomobildə Berlin ətrafında gəzir.

Azpost.info

Seçilən
22
1
azpost.info

2Mənbələr