AZ

Bayden Kiyevə "Storm Shadow" qadağası qoya bilər -"The Times"

ABŞ prezidenti Cozef Baydenin administrasiyası Ukraynaya İngiltərə və Fransanın əməkdaşlığı çərçivəsində hazırlanmış və “Storm Shadow” kimi tanınan uzaqmənzilli qanadlı raketlərdən istifadəsinə icazə verməyə bilər. Bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.

Qəzetin Britaniya hökumətindəki mənbələri Vaşinqtonun Kiyevin raketlərdən Rusiyanın dəriniyinə zərbələrə icazə verməsini də xatırladıb. Söhbət ATACMS raketlərindən gedir. Məsələ ondadır ki, ATACAMS “Storm Shadow” raketlərindən fərqli hərbi xüsusiyyətlərə malikdir.

Xatırladaq ki, dünən “New York Times” (NYT) öz mənbələrinə istinadən diqqət çəkən məlumat yaymışdı. Nəşr iddia edib ki, ABŞ prezidenti Cozef Bayden ilk dəfə olaraq Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
17
news365.az

1Mənbələr