Avtomobil dünyasının ən nüfuzlu mükafatlarından biri olan "İlin avtomobili"ndə 2025-in finalçıları bəlli olub. "İlin Avtomobili" mükafatının münsiflər heyəti 2025-ci ildə təqdim olunacaq mükafatın 7 finalçısına səs verib.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, 23 ölkədən olan 60 münsif uzun siyahıda olan 42 avtomobil arasından modelləri seçib.
2025-ci ilin avtomobili qalibi 10 yanvar 2025-ci ildə Brüssel avtosalonunda elan olunacaq.
Həmin siyahını təqdim edirik:
Alfa Romeo Junior
Citroen C3/e-C3
Cupra Terramar
Dacia Duster
Hyundai Inster
Kia EV3
Renault 5
(milli.az)