Futbol üzrə San-Marino millisi tarixində ilk dəfə səfərdə qalib gəlib.
“Report” xəbər verir ki, San Marino komandasının Lixtenşteynlə qarşılaşması 3:1 hesabı ilə bitib.
Bundan başqa San Marino ilk dəfə bir oyunda üç qol vuraraq tarixində debüt səfər qələbəsini qazanıb.
4 oyunda 7 xal toplayan komanda D Liqasının 1-ci qrupunda birinci yeri tutub və növbəti Millətlər Liqasında C Liqasında çıxış edəcək.
İkinci yeri Cəbəllütariq komandası (6 xal), üçüncü yeri Lixtenşteyn komandası (2) tutub.
San Marino millisi Beynəlxalq Futbol Federasiyasının reytinq cədvəlində sonuncu, 210-cu yerdədir. Lixtenşteyn komandası ilə ilk tur matçında (1:0) komanda 2004-cü ildən sonra ilk qələbəsini qazanıb.
Qeyd edək ki, UEFA Millətlər Liqasında VI turun növbəti oyunları keçirilib. İkinci oyun günündə 9 qarşılaşma reallaşıb.
UEFA Millətlər Liqası, VI tur
A Liqası
I qrup
Xorvatiya 1:1 Portuqaliya
Polşa 1:2 Şotlandiya
IV qrup
İspaniya 3:2 İsveçrə
Serbiya 0:0 Danimarka
C Liqası
II qrup
Kosovo 1:0 Litva
Rumıniya 4:1 Kipr
III qrup
Bolqarıstan 1:1 Belarus
Lüksemburq 2:2 Şimali İrlandiya
D Liqası
I qrup
Lixtenşteyn 1:3 San-Marino