AZ

Makron ABŞ-ın Rusiyaya dərin zərbələr endirmək qərarını alqışlayıb

Fransa prezidenti Emmanuel Makron G20 sammiti çərçivəsində ABŞ-ın Ukraynanın Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlər atmasına icazə vermək qərarını alqışlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Fransa dövlət başçısı bu qərarı “tamamilə düzgün” və “tamamilə yaxşı” adlandırıb.

“Mən başa düşürəm ki, buna həm də münaqişədə ciddi dəyişiklik, yəni Şimali Koreya qoşunlarının Avropa ərazisinə yeridilməsi səbəb olub” - Makron qeyd edib. 

Seçilən
11
1
ucnoqta.az

2Mənbələr