Almaniya hərbçiləri Rusiya ilə hərbi münaqişə yaranacağı təqdirdə biznes nümayəndələri ilə izahat xarakterli söhbətlər aparmağa başlayıblar.
Turkustan.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” (FAZ) məlumat yayıb .
Nəşrin məlumatına görə, bundan əvvəl Bundesver qüvvələri ölkənin müdafiəsi və ya NATO-nun şərq cinahında Rusiyanın manevrini ehtiva edən hərəkətlər üçün təlimatları özündə əks etdirən müfəssəl “Almaniyada əməliyyat planı” hazırlayıb .
Min səhifəlik sənəddə kommersiya şirkətlərinin və ümumilikdə biznesin roluna xüsusi diqqət yetirilir. Hamburq Ticarət və Sənaye Palatasının keçirdiyi iclasda polkovnik-leytenant və Hamburq Regional Komandanlığının rəhbəri Yorn Plişke şirkətlərdən tələb edib ki, hər yüz işçiyə əlavə olaraq beş nəfər yük maşını sürmək üçün təlim keçsin.
Aytən Yaşar/ Turkustan.az