AZ

ABŞ Dövlət Departamenti: “Rusiyanın nüvə doktrinasındakı dəyişikliklər ikiüzlülükdür”

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, Rusiyanın yenilənmiş nüvə doktrinasını tənqid edərək, bunun Rusiyanın ikiüzlülüyünü vurğuladığını bildirib.

Musavat.com xəbər verir ki, O, Rusiyanın bu dəyişikliklərlə nüvə silahını nüvə silahına malik olmayan dövlətlərə qarşı istifadə etmə ehtimalını nəzərdə tutduğunu qeyd edib.

Miller əlavə edib ki, ABŞ öz nüvə siyasətini dəyişdirməyi planlaşdırmır, lakin Rusiyanı “məsuliyyətsiz ritorikadan” çəkinməyə çağırmağa davam edəcək. O, həmçinin vurğulayıb ki, nə ABŞ, nə də NATO Rusiyaya qarşı heç bir təhdid təşkil etmir. 

 

Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr