AZ

Azərbaycanda sosial yardımlar nə qədər artırılacaq? – Ekspertlərdən açıqlama

Gələn ildən sosial yardımlar artırılacaq.

Olaylar Xəzər TV-yə istinadən bildirir ki, ehtiyac meyarının məbləği 270 manatdan 285 manata çatdırılacaq.

İqtisadçı Xalid Kərimli deyir ki, ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artımına səbəb olacaq.

Xalid Kərimli qeyd edib ki, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardımla bağlı müraciət edə biləcək.

Olaylar.az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
5
olaylar.az

7Mənbələr