AZ

Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar tеst imtаhаnı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 10-da Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
DİM-dən hafta.az-a bildirilib ki, imtahan vermək üçün 197 nəfərin namizədliyi qeydə alınıb.
İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.
İmtаhаndа 100 qapalı tipli test tapşırığı təqdim olunacaq. Onlardan 50 sual qanunvericilik, 10 sual Azərbaycanın tarixi, 10 sual Azərbaycan dili, 10 sual kompüter bilikləri, 20 sual isə məntiq üzrə olan test tapşırıqlarıdır. Hər suаlın düzgün cavabı 1 (bir) bаllа qiymətləndirilir.
İmtahan 3 sааt dаvаm еdəcək.
Bakı şəhərində 1 binada keçiriləcək imtahanın idarə olunmasına 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 18 nəzarətçi–müəllim, 3 buraxılış rejimi əməkdaşı ayrılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
502
4
hafta.az

5Mənbələr