AZ

İraq Tehrandakı səfirini geri çağırıb

İraqın Xarici İşlər Nazirliyi İrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İraq XİN öz teleqram kanalında yayıb.

Məlumata görə, buna səbəb İraqın Ərbil şəhərinin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən atəşə tutulması olub.

Xatırladaq ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ərbil şəhərinə endirdiyi zərbələr zamanı 4 nəfər ölüb, daha 6 nəfər yaralanıb. ABŞ mediasının məlumatına görə, hadisə zamanı ölkə vətəndaşları xəsarət almayıb. SEPAH isə açıqlamasında hücum zamanı anti-İran terror qruplaşmalarının bazalarının məhv edildiyini qeyd edib.

Seçilən
28
3
nocomment.az

4Mənbələr