AZ

Bu il onlar üçün sertifikasiya imtahanı KEÇİRİLMƏYƏCƏK - RƏSMİ

"Bu il uşaq bağçalarında çalışan tərbiyəçilər üçün sertifikasiya imtahanı keçirilməyəcək".

Redaktor.az-ın məlumatına görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov keçirdiyi brifinqdə deyib.

O bildirib ki, yalnız diaqnostik qiymətləndirilmə olacaq.

 "Proses yay aylarında və bir mərhələdə, elektron formada keçiriləcək. 2025-ci ildə mərhələli şəkildə sertifikasiya prosesinə başlanılacaq. Yəqin ki, proses hansısa region üzrə qrup şəklində olacaq. 2026-cı ilə qədər isə 17 minə yaxın tərbiyəçi sertifikasiyadan keçəcək", - Bağırov deyib.

Seçilən
61
13
redaktor.az

10Mənbələr