AZ

"Made in Germany" erası başa çatır - "El Pais"

Almaniyanın iqtisadiyyatı Ukrayna münaqişəsi fonunda iflasa uğramaq ərəfəsində idi, lakin problemlər bundan çox əvvələ gedib çıxır.
Axar.az xəbər verir ki, bu fikir “El Pais” qəzetində dərc olunan məqalədə deyilir.

Qeyd olunub ki, “Made in Germany” (Almaniya istehsal olunub - Qeyd ) sözünün erası başa çatmaq üzrədir - ölkənin sənaye istehsalı 2015-ci ildən bəri ümumilikdə 8% azalıb.
Nəşr qeyd edib ki, Ukraynadakı münaqişə Almaniyanın enerji tutumlu sənayesinə də ziyan vurub.
Məqalə müəllifinin fikrincə, iqtisadi tənəzzülün xüsusilə siyasətdə bir çox nəticələri var ki, bu da ölkədə 2025-ci ilə təyin edilmiş seçkilər zamanı vəziyyətə təsir göstərə bilər.
“Almaniyanın qonşularının bu ölkənin təchizat zəncirlərinə yüksək dərəcədə inteqrasiya olunduğunu nəzərə alsaq, Almaniyadakı böhranın həmişə Avropa böhranı olduğu aydınlaşır”.
Almaniya iqtisadiyyatı ciddi böhran yaşayır. Ölkənin ÜDM-i 2023-cü ildə əvvəlki illə müqayisədə 0,3% azalıb.
Almaniya Federal Statistika İdarəsinin ekspertləri 2023-cü ilin sonunda istehlak qiymətlərinin artması səbəbindən əhalinin alıcılıq qabiliyyətinin azaldığını qeyd ediblər.
Mətbuatın yazdığına görə, bir çox alman pula qənaət etməyə məcbur olub.

Seçilən
360
11
paralel.az

10Mənbələr