AZ

Donuz böyrəyi köçürülən şəxs xəstəxanadan çıxıb

ABŞ-ın Boston şəhərində bir donuzdan geni dəyişdirilmiş böyrək transplantasiyası əməliyyatı keçirən 62 yaşlı Rik Slayman evə buraxılıb. Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, dörd saat davam etdiyi deyilən əməliyyatla müalicə olunan Slayman iki həftəlik müddət xəstəxanada nəzarətdə saxlandıqdan sonra evə buraxılıb. "Massachusetts General Hospital" tərəfindən edilən şərhdə, 16 martda edilən əməliyyatın "xəstələrə daha asan orqan tədarükü təmin etmək axtarışında əhəmiyyətli bir dönüş nöqtəsi olduğu" qeyd edilib. Slayman: "İllərdir həyat şəraitimə təsir edən dializ yükündən azad olaraq ailəm, dostlarım və sevdiklərimlə vaxt keçirməyə davam etməkdən həyəcanlıyam", - deyə bildirib. Slaymana köçürülən böyrək, insanlar üçün zərərli genləri çıxarmaq və uyğunluğu artırmaq üçün müəyyən insan genlərini daxil edilmiş, genetik olaraq dəyişdirilmiş bir donuzdan transplantasiya edilib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
232
28
bizimyol.info

10Mənbələr