AZ

SOCAR: Bizim əsas hədəfimiz azalma tempini stabilləşdirməkdir

SOCAR:

Bakı, 4 iyun, AZƏRTAC

Bizim əsas hədəfimiz azalma tempini stabilləşdirmək və onu bir müddət saxlamaqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov Bakı Enerji Forumunda "Stereotipləri qıraraq: Enerji Həllərinin Formatlaşdırılması" mövzusundakı panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, əsas hədəflərdən biri ölkədə neft hasilatının azalmasının qarşısının alınması çərçivəsində "Azəri-Çiraq-Günəşli" neft-qaz yataqları blokunda istehsalatın aşağı düşmə templərini stabilləşdirməkdir.

“Azərbaycan təbii neft və qaz yataqları ilə zəngin ölkədir. Azərbaycanda quruda və dənizdə kifayət qədər infrastruktur qurulub”, - deyə B.Hüseynov vurğulayıb.

Seçilən
74
1
azertag.az

2Mənbələr