Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağı istismara veriləndən indiyədək 453 milyon kubmetr qaz hasil edilib.
Energetika Nazirliyinin bununla bağlı yaydığı məlumatda yataqdan, həmçinin indəyədək 171 min ton qaz kondensatı çıxarıldığı da bildirilib.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən, cari il iyul ayının əvvəlində hasiltına başlanılan “Abşeron” qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) şirkəti tərəfindən idarə olunur. Yataqda illik hasilatı 1,5 milyard kubmetrdən 6 milyard kubmetrədək artırmaq planlaşdırılır.
Xatırladaq ki, cari ilin avqustunda SOCAR, “TotalEnergies” və ADNOC şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payının satışına dair saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra ADNOC şirkətinin “Abşeron” qaz-kondensat yatağında 30 faiz iştirak payı əldə edəcəyi nəzərdə tutulub. SOCAR və “TotalEnergies” şirkətlərinin hər birinin iştirak paylarının isə müvafiq olaraq 35 faiz olacağı qərara alınıb.
XQ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta