AZ

Göygöldə güclü yağış fəsadlar törətdi

Bu gün gecə saat 02:00 radələrində qərb bölgəsində qeyri sabit hava şəraiti yenə böyük fəsadlar törədib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə Göygöl rayonunun Qızılca, Üçtəpə kəndlərində təsərrüfatlara ciddi ziyan dəyib.

Rayon ərazisinə yağan doludan sonra güclü yağış nəticəsində Qızılca qəsəbəsindən sel keçib.

Axan suyun təsirindən qayalardan tökülən daşlar səbəbindən Göygöl-Daşkəsən yolu bir neçə saatlığa bağlanıb. Sel nəticəsində qəsəbənin 6-7 evini su basıb. İki yaşayış evinin barısı uçub. 5 evin həyəti və yaşayış sahəsi suyun altında qalıb. Bir ev bütün əşyaları ilə birgə yararsız hala düşüb. 
Sel suları Qızılca və Üçtəpə kəndinin yollarını da yararsız hala salıb. Dolu kənd təsərrüfatı sahələrinə ciddi zərər vurub.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
35
bizim.media

10Mənbələr