AZ

Nərimanovda kafedəki yanğın söndürüldü - VİDEO

Bakı şəhərinin Nərimanov rayonunun Atatürk prospektində kafedə baş verən yanğın söndürülüb.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
14:52
 
Bakının Nərimanov rayonun kafe yanır.
 
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə Nərimanov rayonu Atatürk prospektində kafedə yanğın olması barədə məlumat daxil olub.
 
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürənləri əraziyə cəlb olunub.
 
Hazırda yanğın söndürmə işləri davam etdirilir.

Seçilən
150
39
moderator.az

10Mənbələr