AZ

Günün qoroskopu: Yaşananlara münasibətinizi dəyişəcək hadisələr olacaq

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - Qarışıq, hadisələrlə zəngin zamandır. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktivliyinizi yaxşı planlaşdırın. Danışıqlar və söhbətlər çox olacaq. Problemlərin həllini primitivləşdirməyin.

Günün ikinci yarısında önəmli məlumat alacaqsınız. Prioritetləri yeniləmə zamanıdır. Bir neçə obyekt diqqət tələb edir. İşgüzar münasibətlərdə potensialınızdan tam istifadə edin.

Qarşınıza qoyduğunuz məqsədə doğru irəliləyin.

Axşam saatlarında normal istirahət edin.

Buğa - Günün ilk yarısı ikinci dərəcəli işlərə çox vaxt ayırmayın. Uğur qazanmaq üçün bütün gərəkli mövqeləri və məqamları bir daha yoxlayın. İdeyalarınızı daha səbatlı və praqmat edin. İmkanlardan mümkün qədər effektiv istifadə edin.

Günün ikinci yarısında informasiya axınını genişləndirin. Yazışın, zəng vurun, məlumat alın. Təmasların məqsədəuyğun olmasına çalışın.

Səfər və yeni məlumat istisna deyil. Yeni obyektə marağınız arta bilər. Gərəksiz, mənasını itirmiş nəsnələrdən qurtulun. Yaşamınıza yeni emosiyalar əlavə edin.

Axşam saatlarını dostlarla keçirmək olar.

Əkizlər - Günün ilk yarısı görə biləcəyiniz işlərdən dəfələrlə artıq problemlər var. Onları həll etmək gərəkdir. Əsas planlarınıza və məqsədlərinizə maneələr yarada biləcək mövzuya qarışmayın.

Görüləsi işləri vaxt amilini nəzərə alaraq planlaşdırın.

Günün ikinci yarısında situasiya qəfil qərarlar və ani həllər tələb edir. Pozitiv olun.

İnformasiya ilə çalışın, yazışın. Müzakirələr aparmaq olar. Yaxın ətrafınızdakı insanlardan biri ilə anlaşmaya nail ola bilərsiniz. Durumun nəzərə alınması rəqiblər üzərində üstünlüyə nail olmağa imkan verəcək.

Situasiyanı işgüzar etməyə çalışın.

Xərçəng - Günün ilk yarısında bütün işləri istədiyiniz kimi yerinə yetirmək mümkün deyil. Yaxın ətrafınızdakı insanlardan bir neçəsinin müqavimətini hiss edəcəksiniz. Tənbəllik etməyin, aktiv olun. Həllini tələb edən məsələlər arasında ən önəmlisini seçərək onu çözməyə başlayın.

Mühafizəkar olun.

Günün ikinci yarısında səbrli və təmkinli olsanız, işlərinizdə əhəmiyyətli dərəcədə irəliləyə bilərsiniz. Etibarlı tərəfdaşlardan dəstək almağa çalışın.

Cazibədar təsir bağışlayan, amma şübhəli məsələlərə aldanmayın. Məşğul olduğunuz işlə bağlı təkliflərə aldanmayın. Diqqətli olun.

Stressdən qurtulmağa çalışın.

Şir - Müstəqil fəaliyyətin effektivliyi az olacaq. Aktiv, açıq işləyin. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı maksimal təəssürat yaratmağa can atmayın. Səylərinizin uğurlu olub-olmayacağı əhvalınıza və fəaliyyətinizə təsir edəcək.

Günün ikinci yarısında danışıqlar, yazışmalar, işgüzar səfər yaxşı nəticə verəcək.

Proseslər sürətlənəcək. Yaşananlara münasibətinizi dəyişəcək hadisələr olacaq.

Axşam saatları aktiv istirahət üçün yaxşıdır.

Qız - Günün ilk yarısında maraqlarınız və qayğılarınızın sayı artacaq. Sakit zaman deyil. Çox adama lazımsınız. Kiməsə yardım etməli olsanız, minnətdarlıq gözləməyin. İndi hamı öz işi ilə məşğuldur.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar arasında kreativ yanaşma nümayiş etdirənlər var. Ümumi maraqları və məqsədləri təhlil etmək olar. İnformasiya ilə iş, yazışma üçün yaxşı zamandır. Ünsiyyətdə sayıq olun.

Seçilən
271
50
publika.az

10Mənbələr