AZ

Si Cinpin və Viktor Orban Pekində görüşüblər

“Sinxua” agentliyi xəbər verir ki, Pekində Çin sədri Si Cinpin və Macarıstanın Baş naziri Viktor Orban arasında görüş keçirilib. Təfərrüatlar hələ açıqlanmayıb.

Cənab Orban Çinə iyulun 8-də səhər gəlib. O, səfərin məqsədini “sülh missiyası 3.0” adlandırıb.

İyulun 1-də Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyi başlaması ilə Viktor Orban Kiyev, Moskva və Qarabağa səfər edib. O, Rusiya Federasiyası və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ilə münaqişənin həllini müzakirə edib, Türk Dövlətləri Təşkilatının Azərbaycanda keçirilən sammitində iştirak edib.

Seçilən
265
50
banker.az

10Mənbələr