AZ

Moody’s ABB-nin reytinqlərini yüksəltdi!

®Moody’s Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxıb. Agentlik Bankın yerli və xarici valyutada Uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsindən Ba2 səviyyəsinə qədər artırıb. Eyni zamanda, Bankın Kredit ödəmə (BCA) və Tənzimlənmiş kredit ödəmə (Adjusted BCA) qabiliyyəti reytinqlərini 1 pillə artıraraq b1 səviyyəsindən ba3 səviyyəsinə yüksəldib. ABB-nin reytinq proqnozu “Pozitiv” səviyyədə təsdiqlənib. 

Reytinqlərinin yüksəlişi Bankın aktivlərinin artan keyfiyyəti, mənfəətliliyi, güclü kapital mövqeyi, həmçinin aktivlərinin yüksək likvidliyi, məhdud risklərə malik olması, problemli kreditlərinin azalması ilə əsaslandırılır. ABB-nin dövlət bankı olması da Agentlik ekspertlərinin Bankın gələcəyi barədə pozitiv rəyində mühüm rol oynayır.

Moody’s-in mövqeyinə görə, ABB ölkədə yaranan yeni iqtisadi imkanlardan, biznes üçün əlverişli şəraitdən, mövcud fürsətlərdən faydalanmaqda davam edəcək. Bu da Bankın güclü gəlirlilik mövqeyinə, aktivlərinin keyfiyyətinə müsbət təsir göstərəcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Seçilən
101
12
banker.az

10Mənbələr