AZ

6 ayda 302 min 891 “ASAN imza”

Bu ilin ilk yarısında vergiödəyicilərinə xidmət mərkəzlərində, ümumilikdə, 326 min 457 şəxs qəbul edilib, onlara 492 min 520 sayda xidmət göstərilib. Bu­nun 185 minə yaxını şifahi xidmətlərə (müraciət etmiş şəxslərin vergi qanunveri­ciliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 103 minə yaxını isə elektron xidmətlərə (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələ­rin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) aiddir.

Dövlət Vergi Xidmətindən redaksi­yamıza verilən məlumata görə, hesabat dövründə vergiödəyicilərindən daxil ol­muş 17 mindən çox yazılı müraciət ca­vablandırılıb, 6 milyona yaxın məlumat­landırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.

Sözügedən dövr ərzində 2813 vergi ödəyicisinin iştirakı ilə 167 görüş keçi­rilib, 2705 vergiödəyicisinə ünvanlı xid­mət göstərilib, vergiödəyicilərinin məlu­matlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 282 mindən çox SMS göndərilib. Cari ilin ilk yarısında 183 min 553 müraciət üzrə 302 min 891 “ASAN İmza” sertifikatı verilib.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
2
xalqqazeti.az

4Mənbələr