AZ

“WhatsApp”da yeni funksiya

Müəllif:Ayşən İmanova/Banco.az

“WhatsApp” səsli mesajların transkripsiya funksiyasını təqdim edəcək.

Banco.az xəbər verir ki, yenilik artıq “WhatsApp”ın “Android” üçün 2.24.15.5 nömrəli beta versiyasında müşahidə olunub.

Dərc edilmiş ekran görüntülərindən məlum olur ki, tətbiqin test istifadəçiləri artıq alınan və göndərilən səsli mesajlar üçün transkripsiya funksiyasını aktivləşdirə bilərlər. Lakin bu, əlavə məlumat paketinin yüklənməsini tələb edəcək. Bu qərar məxfilik məqsədilə qəbul edilib və səsli mesajları 
"WhatsApp" serverlərində emal etmək ehtiyacı olmadan birbaşa cihazda deşifrə etməyə imkan verir.

Hazırkı mərhələdə istifadəçilər deşifrə üçün mövcud beş dildən - rus, ingilis, ispan, portuqal (Braziliya) və hind dillərindən yalnız birini seçə bilərlər. 

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
5
banco.az

8Mənbələr