Bu ilin yanvar-iyun aylarında Azərbaycana hava nəqliyyatı ilə 1 milyon 568 min 622 nəfər sərnişin daşınıb.
“Far.Az” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 % çoxdur.
6 ayda Azərbaycana 442 min 964 sərnişin daşınmaqla Rusiya ilk yeri tutub. Bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30,8 % artım deməkdir.
Təkcə iyun ayında Azərbaycana 341 min 384 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 36,1 % çoxdur. İyunda Rusiyadan 95 min 638 sərnişin daşınıb ki, bu da ötən ilin may ayı ilə müqayisədə 22,3 % çoxdur.
Bu ilin yanvar-iyun aylarında Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən sərnişin daşınıb. Bu ölkədən 368 min 427 nəfər sərnişin səfər edib ki, bu da illik müqayisədə 23,4 % çoxdur.
İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 215 min 537 sərnişinlə (+47,6 %) daxil olub.