Kanadada narkomanların görüntüləri insanları dəhşətə gətirib: Zombi kimi hərəkət edirlər - VİDEO
Kanadanın Edmonton şəhərindəki avtovağzalda çəkilmiş video narkomanların acınacaqlı vəziyyətini ortaya qoyub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bu vəziyyətin metadon və "trank" kimi maddələrin istifadəsindən qaynaqlandığını bildirirlər.
Hadisə şahidi şəhərin ciddi narkotik problemi olduğunu və ictimai nəqliyyatın təhlükəli olduğunu söyləyib. Bu görüntülər ölkənin də ciddi narkotik böhranı ilə üzləşdiyini göstərir.