Türkiyədə 12 uşaq və 20 qeyri-qanuni mühacir xilas edilib
Türkiyənin Muğla ərazisində sahillərində qeyri-qanuni yollarla Yunan adalarına getmək üçün yola çıxan mühacirlər saxlanılıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, qayığın mühərrikində nasazlıq yaranıb.
İmmiqrantların olduğu rezin qayıq mühərrikində nasazlıq səbəbindən sürünməyə başlayıb. 12 uşaq və 20 qeyri-qanuni mühacir yardım çağırıldıqdan sonra xilas edilib.