AZ

Azərbaycanda duru bitki yağlarının istehsalı 23% artıb

2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 21 min 264,3 ton duru bitki yağı istehsal edilib.

FED.az bu barədə  Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir

Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 3 917,3  ton və ya 22,6% artıb.

Ötən ilin yanvar-iyun aylarında 17 min 347 ton duru bitki yağı istehsal edilmişdi.

 2024-cü ilin iyun ayının 1-nə hazır məhsul istehsalı 4 min 950,6  ton təşkil edib.

Hazır məhsul ehtiyatı illik müqayisədə 645 ton, yəni 15% azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 4 min  305,6 ton olub, 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
5
fed.az

8Mənbələr