AZ

Ən yüksək orta aylıq əməkhaqqı hansı ölkələrdə verilir?

Ən yüksək orta əməkhaqqı verilən ölkələrin reytinqində birinci yeri İsveçrə tutub.

Bakuinfo.net-in məlumatına görə, bu barədə "Finansı Mail" portalı "Ceoworld" jurnalının hesabatına istinadən xəbər verib.

Hesabata görə, 2023-cü ildə İsveçrədə orta aylıq əməkhaqqı 8,111 dollar (təxminən 13.8 min manat) olub. İkinci yerdə Lüksemburq 6,633 dollarla (təxminən 11.3 min manat), üçüncü yerdə isə ABŞ 6,455 dollarla (təxminən 11 min manat) qərarlaşıb.

Saatlıq əməkhaqqı baxımından isə reytinq fərqli görünür. Birinci yerdə İslandiya - 54.84 dollar (93.16 manat), ikinci Lüksemburq - 53.15 dollar (90.27 manat) və üçüncü yerdə İsveçrə - 47.75 dollar (81.09 manat) qərarlaşıb. Bu fərqlilik bəzi ölkələrdə iş saatlarının daha az olması ilə əlaqədardır.

Həmçinin, yaşayış dəyəri indeksini də nəzərə almaq vacibdir. Məsələn, İsveçrə sakinləri belçikalılara nisbətən saatda 12% daha çox qazanırlar, lakin Belçikada vergilər daha aşağıdır və yaşayış minimumu demək olar ki, iki dəfə ucuzdur. Buna görə də, Belçikada rifah səviyyəsi İsveçrədən daha yüksəkdir.

Seçilən
80
16
bakuinfo.net

10Mənbələr