Yayımlandı: 3 Avqust 2024 15:08 Çıxışı qadağan olunan 556 nəfər ölkədən buraxılmayıb Ötən ay Azərbaycan sərhədlərini pozmaq istəyən 22 nəfər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) iyul ayı ilə bağlı hesabatında bildirilir. DSX qeyd edir ki, saxlanılanlardan 13-ü Azərbaycan, 3-ü Pakistan, 2-si İran, 2-si Mərakeş, 1-i Türkiyə, 1-i Banqladeş vətəndaşıdır. “On bir nəfər saxta ştamp və pasport, başqa şəxslərə məxsus sənədlərlə dövlət sərhədindən keçməyə cəhd göstərərkən saxlanılıb”. Sərhəd rejimi qaydalarını pozduğu üçünsə 862 nəfər saxlanılıb: “Axtarışda olan 309 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olunan 556 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 14 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb”. Məlumatda bildirilir ki, narkotiklərlə mübarizə tədbirləri nəticəsində dövriyyədən 336 kq narkotik vasitə və 6486 psixotrop həb götürülüb. Ümumi dəyəri 3 milyon 388 min manat olan qaçaqmal, o cümlədən gecəgörmə cihazları, ov tüfəngləri, döyüş sursatları, dərman vasitələri, spirtli içkilər və tütün məmulatları saxlanılıb. İyulun 24-də Azərbaycan-İran sərhədində insident yaranmışdı. Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər naməlum şəxs İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozmaq istəyib və hərbçilərə atəş açmışdı. Silahlı insident nəticəsində sərhəd naryadının 2 üzvü xəsarət almışdı. Meydan TV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta