AZ

Dürdanə Ağayeva vəfat etdi - FOTO VİDEO

Xocalı soyqırımı zamanı səkkiz gün erməni əsirliyində qalmış Dürdanə Ağayeva vəfat edib.

Bakuinfo.net  xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, D.Ağayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırımı zamanı ermənilər tərəfindən girov götürülüb, səkkiz gün erməni girovluğunda qalıb. Milli Qəhrəman Allahverdi Bağırov tərəfindən yanacaq qarşılığında əsirlikdən azad edilən 60 qadının içərisində Dürdanə Ağayeva da olub.

D. Ağayeva əsirlikdən sonra "Erməni zindanında səkkiz gün" kitabını yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
5
bakuinfo.net

10Mənbələr