AZ

AHİK-in “Şəki” İstirahət Mərkəzinin əsaslı təmirdən sonra açılışı oldu - FOTOLAR

Avqustun 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən “Şəki” İstirahət Mərkəzinin əsaslı təmirdən sonra açılışı olub.   Manset.az xəbər verir ki, mərkəzdə 100 nəfərlik dördmərtəbəli iki yataq korpusu yaradılıb, bütün otaqlar lazımi əşyalarla təmin olunub. Qeyd edilib ki, mərkəzdə ittifaq üzvlərinin rahat dincəlmələri üçün istirahət guşələri də mövcuddur. Mərkəzin ərazisində ikimərtəbəli müalicə korpusu da var ki, bunun da birinci mərtəbəsində yeməkxana zalı, ikinci mərtəbəsində müalicə və müayinə kabinetləri yerləşir. Bundan başqa, mərkəzdəki qapalı hovuz istirahət edənlərin istifadəsinə veriləcək. Həmçinin müxtəlif beynəlxalq və yerli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan zalda hər cür şərait yaradılıb. Ərazidə göz oxşayan geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub. AHİK-in sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev istirahət mərkəzinin ərazisini gəzib, korpuslara baxış keçirib, istirahət üçün yaradılmış şəraitlə tanış olub.

Yaradılmış şəraiti yüksək qiymətləndirən Konfederasiya sədri mərkəzin rəhbərliyinə xidmətlərin səviyyəsinin daha da yüksəldilməsi və yarana biləcək hər hansı problemin dərhal aradan qaldırılması üçün tövsiyə və tapşırıqlarını verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
11
manset.az

10Mənbələr