AZ

Bu il 17 mln. tona yaxın neft hasil edilib

Bu ilin 7 ayı ərzində Azərbaycanda təxminən 16,9 milyon ton neft (qaz kondensatlı birlikdə) hasil edilib.Energetika Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, respublika üzrə neft hasilatının 9,7 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 2,5 milyon tonu (kondensat) “Şahdəniz” yatağının, 0,34 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,4 milyon ton təşkil edib.

    “Hesabat dövründə təxminən 14,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 12,2 milyon tonu konsorsiumun, 1,9 milyon tonu isə SOCAR-ın payına düşür”, - məlumatda qeyd olunur.

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    48
    18
    metbuat.az

    10Mənbələr