AZ

Məşhur rejissor ölümdən döndü

"Geri dönməz" və "Boşluğa gir" filmlərinin rejissoru Qaspar Noe keçirdiyi beyin qanamasından danışıb.

Bakıvaxtı.az xəbər verir ki, kinorejissor çətin təcrübəsini "Kinopoisk"ə müsahibəsində bölüşüb.

Onun sözlərinə görə, beş il əvvəl onun beyinində damar partlayıb və sağ qalmaq şansı olmayıb. Həkimlər beyin zədələnməsi 35% kimi qiymətləndiriblər.

"O gündən bəri həyatın kövrəkliyini daha da hiss etdim. Ölüm mütləq dəhşətli bir şey deyil. Lakin valideynlərimdən əvvəl vəfat edib, onları incitmək istəmirəm. Çox şanslıyam və bundan yararlanmalı və həyatdan həzz almağa davam etməliyəm. Mən çox sakitləşdim. Məsələn, indi insanlar məni daha az incidirlər. Bəzən qəzəbli olmalısan, amma ümumilikdə mənim reallıqla münasibətim daha sakit və xoşbəxt oldu".

 

Seçilən
169
3
bakivaxti.az

10Mənbələr