AZ

Bu ilin birinci yarımilində ölkədə 8,1 min iş yeri bağlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin altı ayı ərzində ölkədə 45,4 min yeni iş yerləri açılıb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə yaradılmış iş yerlərinin 95,1 faizi qeyri-dövlət sektorunda açılıb.

Yeni açılmış iş yerlərinin 79,4 faizi Bakı şəhərinin, 1,7 faizi Naxçıvan Muxtar Respublikasının, 18,9 faizi digər regionların, o cümlədən 4,7 faizi Abşeron-Xızı, 2,1 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Lənkəran-Astara, 1,9 faizi Quba-Xaçmaz, 1,8 faizi Şirvan-Salyan, 1,3 faizi Qazax-Tovuz, 1,2 faizi Qarabağ, 1,2 faizi Şəki-Zaqatala, 1,0 faizi Şərqi Zəngəzur, 0,9 faizi Mərkəzi Aran, 0,4 faizi Mil-Muğan, 0,3 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 10,6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 88,4 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Bununla yanaşı, 2023-cü ilin birinci yarımili ərzində ölkədə 8,1 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 48,1 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 54,0 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 46,0 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
6
banco.az

10Mənbələr