EN

Messinin yaşıl meydanlara qayıdacağı vaxt

ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Argentina millisinin futbolçusu Lionel Messi sentyabrda yaşıl meydanlara qayıdacaq.

 

Sportnet.az xəbər verir ki, bu barədə jurnalist Hernan Klaus paylaşım edib.

 

Topuğundakı zədəsini sağaldan forvard tezliklə komanda ilə məşqlərə start verəcək. 

 

O, MLS çempionatında, sentyabrın 14-də "Filadelfiya Yunion"la qarşılaşmada meydana çıxa biləcək. Bundan əlavə, Messinin gözləniləndən əvvəl, sentyabrın 1-də "Çikaqo" ilə görüşdə iştirakı da ehtimal edilir. 

 

Qeyd edək ki, Lionel Messi Amerika Kubokunun finalında Kolumbiyaya əlavə vaxtda 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada zədə almışdı.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
4
sportnet.az

10Sources