Astarada dənizdə batan 29 yaşlı Şamxal Həsənzadənin meyiti Xəzərin İran sahillərində tapılıb.
Day.Az xəbər verir ki, bu barədə "lent.az"a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, aparılan danışıqlar nəticəsində gəncin meyiti qarşı tərəfdən təhvil alınıb. onlayn aptek
Qeyd edək ki, Ş.Həsənzadə avqustun 24-də Astarada dənizdə batıb.