EN

Deputatlığa namizədlə görüşdə Meydan TV əməkdaşları zaldan çıxarılıb

Yayımlandı: 27 Avqust 2024 11:43 Deputatlığa namizəd Tənzilə Rüstəmxanlının seçicilərlə görüşündə Meydan TV əməkdaşları zaldan çıxarılır.  Avqustun 24-də keçirilən görüşdə Neftçala Olimpiya İdman Kompleksinin zalı tam dolu görünür. Bəs VHP namizədi ilə görüşə gələnlər kimlərdir? Görüşə qatılanların arasında hətta Bakıdan avtobusla gələnlər də var.  Neftçalada son 4 il boyunca Tənzilə Rüstəmxanlının həyat yoldaşı, VHP sədri Sabir Rüstəmxanlı millət vəkili olub.  Bəzi Neftçalalılar Rüstəmxanlı ailəsinin siyasətinə bələd olduqlarını deyirlər. Görüş zamanı zalda əyləşənlərə sual verəcəyimizdən narahat olan VHP nümayəndələri bizi zaldan çıxarır. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
103
xural.com

1Sources