EN

Mehmet Ali Erbil özündən 40 yaş kiçik sevgilisindən ayrıldı

Şəxsi həyatı ilə tez-tez adı hallanan Türkiyənin qalmaqallı aparıcısı Mehmet Ali Erbil özündən 40 yaş kiçik sevgilisi Gülseren Ceylanla ayrılıb.

OLAY yazır ki, bununla bağlı Ceylan instaqram hesabında məlumat yayıb.

Gülseren Mehmetlə ayrılmasını belə şərh edib:

“Bu günə qədər yaşadığımız hər şeyi açıq şəkildə izah etməyə ehtiyac duyuram. Mehmet Ali ilə yolları ayırdım. Ümid edirəm ki, bu dəfə ayrılığın səbəbi ilə bağlı gülünc saxta xəbərlər verməyərək bizə hörmət edəcəksiniz. Bizim aramızda olan məqamlar da var idi, razılaşa bilmədik, bir-birimizə daha çox zərər vermədən yollarımızı ayırdıq. Bu məsələdə həssaslığınız üçün təşəkkür edirəm. Həyatımı qaldığım yerdən, xaossuz, xoşbəxt və pozitiv şəkildə davam etdirmək istəyirəm, təşəkkür edirəm”.

Qeyd edək ki, Ceylana daha əvvəl evlilik təklifi edən Mehmet Ali Erbil gənc sevgilisi üçün ailəsi ilə üz-üzə gəlib. Təklifdən qısa müddət sonra Mehmet Ali Erbil və Gülseren Ceylan ayrılmaq qərarına gəliblər. Sonradan məlum olub ki, cütlük dini toy edib.

Chosen
125
3
olay.az

7Sources