EN

“Plan Putinə uyğun olsa, Tramp Ukraynadakı münaqişəyə son qoyacaq”

“ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq vədini yalnız onun planı Rusiya prezidenti Vladimir Putinə uyğun gələrsə yerinə yetirəcək”

Medianews.az Lenta.ru-ya istinad edərək xəbər verir ki, bu fikri politoloq Alessandro Orsini IL Fatto Quotidiano üçün yazdığı məqalədə qeyd edib.

“Güclər balansı Rusiyanın xeyrinə dəyişdiyinə görə, münaqişə yalnız Putin Trampın təklifindən razı qalacağı təqdirdə bitəcək”, – politoloq qeyd edib.

Onun sözlərinə görə, Ukrayna qoşunları heç bir mühüm döyüşdə qalib gəlməyib və bir ildən sonra daha da zəifləyəcək.

Politoloq onu da vurğulayıb ki, Kiyevi Kursk bölgəsində əməliyyatı sülh danışıqları perspektivlərini ləngidib.

Eyni zamanda, Orsininin sözlərinə görə, Rusiya tərəfdaşlarla əlaqələri gücləndirir və qüvvələrini artırır. Politoloq bildirib ki, Rusiya, Çin, Şimali Koreya və İranın iştirak etdiyi blok böyük bir münaqişə olacağı təqdirdə NATO-dan qələbə şansı olmadan çıxacaq.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
76
15
medianews.az

10Sources