EN

Uşaq muzeydə 3500 illik küpəni sındırdı - FOTO

4 yaşlı uşaq İsraildə muzeyi ziyarət edərkən təsadüfən qədim küpəni sındırıb. Tunc dövrünə (e.ə. 2200-1500-cü illər) aid edilən artefakt 35 ildir ki, Hayfadakı Hecht Muzeyində nümayiş etdirilir.

Sfera.az bildirir ki, eksponat giriş hissədə qoruyucu şüşəsiz nümayiş etdirilib. Muzey rəhbərliyi arxeoloji tapıntıların maneəsiz muzeydə nümayiş etdirilməsində “xüsusi cazibə” olduğuna inanır.
 

Atanın sözlərinə görə, oğlan içəridə nə olduğunu görmək üçün küpəni bir az özünə tərəf çəkib, lakin təsadüfən onu yıxıb və eksponatı sındırıb. Adı Aleks olan şəxs oğlunu qırıq küpənin yanında görəndə şoka düşdüyünü və əvvəlcə bunu başqasının etdiyini düşündüyünü əlavə edib.


Diqqətsiz ziyarətçiləri cəzalandırmaq əvəzinə muzeyin direktoru İnbal Rivlin uşağa:
 

 

“Qorxma, sənə qarşı heç bir iddiamız yoxdur”- deyərək ailəni ekskursiyanı davam etdirməyə dəvət edib.
 

"Eksponatların qəsdən zədələndiyi hallar var, biz bu cür hadisələrə çox ciddi yanaşırıq, o cümlədən polisin iştirakı ilə, lakin bu dəfə küp təsadüfən kiçik bir uşaq tərəfindən zədələnib, buna görə də reaksiya da ona uyğun olacaq"- deyə muzeyin meneceri Lihi Laszlo bildirib.
 

Arxeoloqların fikrincə, bu küp böyük ehtimalla şərab və zeytun yağı daşımaq üçün istifadə olunub. Samariyada (İsrailin mərkəzi) Hz. Davud və Süleyman dövründən əvvəl tapılıb. Bu cür qablar tez-tez artıq sınıq və ya hissələrə bölünmüş olduğu üçün, buna görə də bu artefakt xüsusilə qiymətli hesab olunurdu (bütöv idi).


Hazırda bərpa işlərinin aparılması üçün ekspert təyin edilib. Muzey işçiləri əmin edirlər ki, küp yaxın vaxtlarda tamamilə zədəsiz bərpa olunacaq.


Aynil

Sfera.az
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
103
46
sfera.az

10Sources