EN

Bəy xına gecəsində ölümcül döyüldü

Bəy xına gecəsində ölümcül döyüldü

Qaziantepdə bəy xına gecəsinə dəvət etdiyi qohumları tərəfin dən ölümcül döyülüb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, avqustun 26-da Qaziantepin Şahinbey mahalının Yamaçtəpə kəndindəki şadlıq sarayında baş verən hadisədə 27 yaşlı bəy Yemlihan Kızıltoprakın xınaya dəvət etdiyi əmisi oğlu Mehmet O. ilə mübahisə etməyə başlayıb. Mübahisədən sonra xınadan yola salınan Mehmet O. vəziyyəti bacı-qardaşlarına çatdıraraq, toya gəlmələrini istəyib. Bunun üzərinə xınaya gələn bir qrup şəxs rəqs edən bəy Yemlihan Kızıltoprakı əllərindəki dəmir lom və ağaclarla vəhşicəsinə döyməyə başlayıb. Başından və bədəninin müxtəlif nahiyələrindən aldığı zərbələr nəticəsində bəy ağır yaralanıb.

Məlumat üzərinə hadisə polis və təcili tibbi yardım əməkdaşları sövq edilib. Hadisə yerinə gələn polis tərəfləri ayırıb. Təcili tibbi yardım əməkdaşları ağır yaralanan bəy Yemlihan Kızıltoprakı ilkin tibbi yardımdan sonra xəstəxanaya aparıb. Xəstəxanaya aparılan bəyin başına aldığı zərbələr nəticəsində reanimasiyada həyat mübarizəsi apardığı öyrənilib.

Hadisəni izah edən bəyin atası Ahmet Kızıltoprak aralarında heç bir ədavət olmadığını bildirib: "Dünən oğlumuzun xına mərasiminə gələn qohumumuz halay məsələsinə görə onunla kiçik mübahisə edib. Biz onu sakitləşdirib evə göndərdik. O, evinə getməyib, bütün qohumlarını çağırıb, 15 maşınla 20 nəfər gəlib xınaya basqın edib. Oğlumu da döydülər. Oğlum hazırda reanimasiyadadır, hələ də çıxmayıb. Onlar mənim bacımın övladlarıdır. Bizim heç bir ədavətimiz və borcumuz yoxdur".

Hadisəyə qarışan şəxslər polis tərəfindən tutularaq, ədliyyə orqanlarına sövq edilib. Şübhəlilərdən 7-si həbs olundu.

Hadisə ilə bağlı istintaqın davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
91
18
sonxeber.az

10Sources