Bu gün saat 04:00-da Qızılburun - Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.Azərbaycan Dəmir Yollarından (ADY) Mediaxeberleri.Az-a bildirilib ki, hadisə nəticəsində yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilib və yanğın qısa müddətdə söndürülüb. Hadisənin baş verdiyi vaxt həmin sahədə qatarlar hərəkətdə olmayıb. Hazırda yük maşınının sahədən götürülməsi üçün tədbirlər görülür və dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.İlkin araşdırmalara əsasən dəmiryol xəttinin kontakt şəbəkəsi ciddi zədələnib və hazırda həmin istiqamət üzrə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində sürücü həyatını itirib. Hadisənin baş vermə səbəbləri araşdırılır.***Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Quba regional qrupundan məlumat verilib.Bildirilib ki, avqustun 29-u səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində DAF markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil körpüdən aşıb. Qəza nəticəsində avtomobilin ön hissəsi yanıb, sürücü və sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüblər.Faktla bağlı araşdırmalar davam etdirilir.***Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub.Mediaxeberleri.Az xəbər verir ki, Bakı-Quba yolunda yük maşınının dəmir yolu xəttinə aşması nəticəsində ağır bədən xəsarətlərindən ölən iki nəfər - Naxçıvan sakinləri - 1985-ci il təvəllüdlü Rəşid Məmmədtağı oğlu Əskərov və 2006-cı il təvəllüdlü İnşallah Cəsur oğlu Məhərrəmovdur.Onların meyitləri müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.