EN

UEFA Çempionlar Liqasının ilk püşkatması

UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkatma mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbir Monakoda baş tutub.

 

Liqa mərhələsi sentyabrın 17-19-da oynanılacaq matçlarla başlayacaq və 2025-ci il yanvarın 29-da başa çatacaq. İlk 8 pilləni tutan komandalar birbaşa 1/8 finala vəsiqə qazanacaqlar.

 

Turnir cədvəlini 9-16-cı pillədə bitirənlər 17-24-cü yerlərdə qərarlaşan komandalarla pley-off görüşlərində üz-üzə gələcək. 8 cütün qalibi adını növbəti raunda yazdıracaq. Liqa mərhələsində ilk “24-lüy”ə düşə bilməyən kollektivlər avrokuboklarla vidalaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
40
4
modern.az

10Sources