EN

Yeni Kaledoniyada nikel istehsalı şirkəti 1200 əməkdaşını ixtisar edir

Fransanın Yeni Kaledoniya regionunda fəaliyyət göstərən KNS şirkəti (Koniambo Nickel SAS) avqustun 31-də 1200 əməkdaşını ixtisar edəcək.

“İki sahil” “Figaro”ya istinadla xəbər verir ki, rentabelsiz işləyən şirkətin 14 milyard avro borcu yaranıb. Müəssisədə təhlükəsizlik və inzibati işlər üçün cəmi 50 işçi saxlanacaq.

Yeni Kaledoniya Universitetinin əməkdaşı, iqtisadçı Samuel Qorohuna bildirir ki, “regionda elektrik enerjisi baha olduğundan Kaledoniyadakı nikel istehsalçıları rəqabətə davam gətirə bilmirlər. Yeni Kaledoniyanın ixracatının 93 faizini nikel təşkil edir. Uzun illər danışılmasına baxmayaraq ölkə post-nikel dövrünə hazırlaşmayıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
2
ikisahil.az

3Sources