EN

Ukrayna “F-16” qırıcısını ukraynalılar özləri səhvən vurub?

Qəzaya uğrayan Ukraynanın qəbul etdiyi “F-16 qırıcısı” “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən səhvən vurulub.

Editor.az bildirir ki, bunu Ali Radanın deputatı Maryana Bezuqlaya deyir. Fövqəladə vəziyyət bir gün əvvəl məlum olub, lakin Ukrayna hakimiyyəti bu barədə məlumatıhələ ki, rəsmi olaraq təsdiqləməyib.

“Məndə olan məlumata görə, ukraynalı pilot Aleksey “Moonfish” Mesin F-16 təyyarəsi bölmələr arasında koordinasiya pozğunluğu səbəbindən “Patriot” zenit-raket kompleksi tərəfindən vurulub”, – deyə xanım Bezuqlaya Telegram-da bildirib. O, qəzanın avqustun 26-da baş verdiyini təsdiqləyib və qeyd edib ki, insidentdən sonra heç bir general cəzalandırılmayıb. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk tutduğu vəzifədən uzaqlaşdırılmayıb.

Xatırladaq ki, dünən “Wall Street Journal” qəzeti amerikalı rəsmiyə istinadən Ukrayna Silahlı Qüvvələrinə təhvil verilən ilk F-16 qırıcılarından birinin sıradan çıxdığını yazmışdı. O, təyyarənin pilot səhvi nəticəsində qəzaya uğradığını demişdi.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
88
50
editor.az

10Sources