EN

Ukraynanın “F-16” qırıcısı vurulub, yoxsa... – Kiyevdən və Pentaqondan açıqlamalar

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “F-16” qırıcısının Rusiyanın Ukrayna ərazisinə raket və dron zərbəsini dəf edərkən qəzaya uğradığını təsdiqlənib.

“AzPolitika”xəbər verir ki, bu barədə Baş Qərargah “Facebook” səhifəsində yazıb ki, Ukraynanın “F-16”-ları Rusiyanın zərbələri ilə savaşıb, düşmənin dörd qanadlı raketini vurub.

"Növbəti hədəfə yaxınlaşanda təyyarələrin biri ilə kontakt itib. Sonradan bəlli olub ki, təyyarə qəza edib, pilot həlak olub", – ordu bildirib.

Məlumata görə, qəzanın səbəblərini müəyyənləşdirmək üçün Müdafiə Nazirliyi xüsusi komissiya təyin edib.

Pentaqon sözçüsünün müavini Sabrina Sinqx deyib ki, “F-16”-nın qəzaya düşməsi barədə məlumatları görüb, insidentdən sonra kömək üçün hansısa xahiş olunub-olunmamasından xəbəri yoxdur. Sözçü brifinqdə əlavə informasiyasının olmadığını söyləyib. Onu da əlavə edib ki, pilotlar ABŞ-da təlim keçiblər, döyüşdə isə çətinliklər olur.

"Geniş mənada, döyüş aviasiyası çox mürəkkəbdir. Pilotlara burada, Birləşmiş Ştatlarda təlim keçməsindən qürur duyuruq, müttəfiqlərimiz də Ukraynada pilotlara təlim keçirlər", – Sinqx vurğulayıb.

Ukrayna Silahlı Qüvvələri Oleksey Mes adlı pilotun Rusiyanın kütləvi zərbəsini dəf edərkən həlak olduğunu açıqlayıb. Hava döyüşü zamanı üç qanadlı raketin, bir dronun da vurulduğu bildirilir.

“F-16”-nın avqustun 26-da qəzada məhv olması barədə ilk dəfə "The Wall Street Journal" yazıb. Adı çəkilməyən ABŞ rəsmisi qəzetə deyib ki, insident Rusiyanın kütləvi zərbəsi zamanı baş versə də, ilkin məlumatlar təyyarənin düşmən atəşi ilə vurulmadığını göstərir, pilotun səhvi nəticəsində qəza etdiyi görünür.

CNN mənbələrə istinadla xəbər verib ki, Ukrayna ordusu insidentə pilot səhvinin səbəb olmasına inanmır. Qəza ilə bağlı təhqiqat gedir, beynəlxalq ekspertlər onda iştiraka dəvət olunacaqlar.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
21
azpolitika.info

7Sources