EN

Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri Ankarada Türkiyə qəhrəmanlarının xatirəsini anıblar

Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri Ankarada Türkiyə qəhrəmanlarının xatirəsini anıblar

“YAŞAT” Fondu ilə “Türkiyə və Azərbaycan Sahibkar və Sənayeçiləri” İctimai Birliyinin (TÜİB) birgə həyata keçirdiyi “Qardaş ailə” proqramı çərçivəsində Ankarada səfərdə olan Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət 30 nəfərlik qrup paytaxtın Cebeçi rayonunda Şəhid məzarlığını ziyarət edib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, şəhidlərin ailə üzvləri Vətən uğrunda canlarını fəda etmiş Azərbaycan və Türkiyə övladlarının xatirəsinə dualar oxuyub, qəhrəmanların məzarları üzərinə gül dəstələri düzüblər.

Azərbaycandan olan şəhidlərin valideynləri Türkiyədə qeyd olunan Zəfər bayramı ilə əlaqədar məzarlıqda dəfn edilən türk əsgərlərinin doğmaları və yaxınları ilə söhbət ediblər.

İki şəhid anası Sevinc Əhmədova bildirib ki, oğulları Əli və İslam eyni gündə şəhidlik zirvəsinə ucalıblar. O vurğulayıb: “Oğullarım qəhrəmandır. Onlar Vətən, işğal altında olan torpaqların azad edilməsi uğrunda canlarından keçiblər. Onlarla fəxr edirəm”. Sevinc xanım türk analarının ağrısını yaxından hiss etdiyini, Azərbaycan və Türkiyə şəhidləri arasında heç bir fərq qoymadığını bildirib.

“Qardaş ailə” proqramı “YAŞAT” Fondu ilə “Türkiyə və Azərbaycan Sahibkar və Sənayeçiləri” İctimai Birliyinin (TÜİB) birgə səyləri ilə həyata keçirilir.

Sentyabrın 2-dək davam edəcək səfər çərçivəsində Qarabağ müharibəsi şəhidlərinin ailələri Türkiyənin Milli Müdafiə Nazirliyində qəbul edilib, qardaş ölkənin Prezident Administrasiyasında, Gənclər və İdman Nazirliyində olublar.

Səfər proqramına Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün mavzoleyinə və ev-muzeyinə ziyarət də daxildir.

Həmçinin Türkiyədə qazi və şəhid ailələri ictimai birliklərinin nümayəndələri ilə müzakirələr planlaşdırılır.

Ramin Abdullayev

Ankara

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
2
ilk.az

3Sources