EN

“Paris-2024”: Azərbaycan parataekvondoçusu yarımfinala yüksəlib

“Paris-2024”: Azərbaycan parataekvondoçusu yarımfinala yüksəlib

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov “Paris-2024” Yay Paralimpiya Oyunlarında ilk görüşünü keçirib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, K44 kateqoriyası üzrə 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda kubalı Suares Uolker Me ilə qarşılaşıb.

Rəqibinə qalib gələn İ.Xəlilov yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində ötən gün parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
5
ilk.az

10Sources